"Koventri" Azərbaycan millisinin hücumçusunun transferində israrlıdır

"Koventri" Azərbaycan millisinin hücumçusunun transferində israrlıdır
# 06 iyul 2020 10:42 (UTC +04:00)

İngiltərənin "Koventri" klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, birinci liqa təmsilçisinin baş məşqçisi Mark Robins "Vulverhempton"un 21 yaşlı forvardını ixtiyarında görmək istədiyini rəhbərliyə çatdırıb.

51 yaşlı mütəxəssis gənc futbolçunun sayəsində hücum xəttinin güclənəcəyini düşünür. Aşağı liqa təmsilçisi hətta bununla bağlı Premyer Liqa klubuna təklif göndərməyə hazırlaşır. Lakin "Vulverhempton"un baş məşqçisi Nuno Eşpirito Santo yığmamızın üzvünü əsas komandaya cəlb etməyi planlaşdırır.

Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə durumunu nəzərə alan "Vulverhempton" yeni hücumçu transferi ilə bağlı problem yaşayır. Əgər bu mövqeyə transfer edilərsə, o zaman Dadaşovun icarə əsasında "Koventri"yə keçidinə razılıq veriləcək.

Qeyd edək ki, Renat Dadaşovun "Vulverhempton"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR