Kərim Benzema qol sayında Raul Qonzalesə yaxınlaşıb

Kərim Benzema qol sayında Raul Qonzalesə yaxınlaşıb
# 17 mart 2021 09:17 (UTC +04:00)

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda olduğu kimi (1:0), cavab matçında da “Atalanta” üzərində qələbə qazanan (3:1) “Real” növbəti mərhələyə adlayıb.

Apasport.az saytının məlumatına görə, qarşılaşmada hesabı açan “kral klubu”nun hücumçusu Kərim Benzema ÇL-də ümumi qol sayını 70-ə yüksəldib.

Bununla Çempionlar Liqası tarixinin ən yaxşı 5-ci yerini tutan Benzema Madrid təmsilçisinin əfsanəvi qolçusu Raul Qonzalesə yaxınlaşıb. İspaniyalı sabiq forvard 71 dəfə fərqlənib.

Qeyd edək ki, Çempionlar Liqasında ən çox qolun müəllifi Kriştianu Ronaldodur (134). Onu Lionel Messi 120 topla izləyib. İlk “üçlüy”ü isə Robert Levandovski (72) qapayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR