Kriştiano Ronaldo “Böyük beşlik”də 400 qələbə qazanan oyunçu kimi tarixə düşüb

Kriştiano Ronaldo “Böyük beşlik”də 400 qələbə qazanan oyunçu kimi tarixə düşüb
# 14 dekabr 2020 00:00 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo “Böyük beşlik” liqalarında 400-cü qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı üçün A seriyasının “Cenoa” ilə görüşü yubileylə əlamətdar olub.

O, 2000-ci ildən sonrakı dövrdə “Böyük beşlik”də 400 qələbə qazanan ilk oyunçu kimi tarixə düşüb. Bu göstəricidə ikinci pillədə Lionel Messi qərarlaşıb. “Barselona”nın argentinalı ulduzunun aktivində 365 qələbə var.

Ronaldonun “Yuventus”dakı komanda yoldaşı Canluici Buffon ilk “üçlüy”ü qapayır. Qapıçının aktivində 350 uğur var.

Qeyd edək ki, “Cenoa” üzərində 3:1 hesablı qələbədə Ronaldo iki penalti ilə pay sahibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR