Kriştianu Ronaldo 8 milyon avroya torpaq sahəsi alıb

Kriştianu Ronaldo 8 milyon avroya torpaq sahəsi alıb
# 20 may 2020 11:40 (UTC +04:00)

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo torpaq sahəsi alıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu Lissabon Rivyerasında daşınmaz əmlaka sahib çıxıb.

O, 10 min kvadrat metrə yaxın sahə üçün təxminən 8 milyon avro ödəyib. Bu ərazi Kaşkayşadakı Kinta-da-Mariyada yerləşir.

Ronaldonun sahib olduğu ərazidə malikanənin tikintisinə başlanılıb. Lakin futbolçu burada yaşamaq barədə hələ düşünmür.

Qeyd edək ki, Ronaldo ötən il ailəsi üçün Lissabonun mərkəzindəki ən bahalı apartamentlərdə 7,5 milyon avroluq ev alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR