Kriştianu Ronaldo Turinə qayıdıb

Kriştianu Ronaldo Turinə qayıdıb
  • Clock-gray 11:34
  • calendar-gray 05 May 2020

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo Turinə qayıdıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 35 yaşlı hücumçu yalnız iki həftədən sonra komandaya qoşulacaq.

O, “Yuventus”la məşqlərə başlamazdan öncə 14 gün karantində olacaq. Yaxın günlərdə komandanın digər legionerləri də Turinə dönəcək.

Qeyd edək ki, İtaliyada fərdi məşqlərə mayın 4-dən icazə verilib. Komandalar çalışmalarına isə 18-dən başlaya bilər.

ApaSport

Digər xəbərlər

Arxiv

date