La Liqa klubu baş məşqçisini istefaya göndərib

La Liqa klubu baş məşqçisini istefaya göndərib
# 05 iyul 2020 22:32 (UTC +04:00)

"Alaves" klubunda baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının XXXIV turunda "Valyadolid"ə məğlub olan (0:1) klub çalışdırıcısı Asyer Qaritano ilə vidalaşıb.

Buna səbəb uğursuz nəticələr olub. Klub rəsmi saytı vasitəsilə ardıcıl 5 məğlubiyyətdən sonra Qaritanonu istefaya göndərdiyini bəyan edib. 50 yaşlı mütəxəssis bu posta ötən ilin mayında təyin olunub.

Qeyd edək ki, "Alaves" 34 turdan sonra 35 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR