La Liqada daha 3 futbolçunun koronavirus testi müsbət çıxıb

La Liqada daha 3 futbolçunun koronavirus testi müsbət çıxıb
# 08 may 2020 13:12 (UTC +04:00)

İspaniya futbolunda daha bir neçə koronavirus infeksiyası halı üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, La Liqanın 3 klubunda bu xəstəliyə yoluxma aşkarlanıb.

Elitanın 3 klubunun hərəsinin 1 futbolçusunun testi müsbət nəticə verildiyi açıqlansa da, həmin oyunçuların adları gizli saxlanılıb. Həmçinin Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun da çıxış etdiyi Sequndada da 2 oyunçuda bu xəstəlik tapılıb. Testləri müsbət nəticələnən futbolçular karantinə alınıblar.

La Liqa rəhbərliyi ümumilikdə 25-30 oyunçuda virusun aşkarlanması riskinin böyük olduğunu açıqlayıb.

Qeyd edək ki, İspaniyada bütün klublar futbolçuları testdən keçirib. La Liqa təmsilçiləri bu gündən məşqlərə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR