La Liqada turun bütün oyunları təxirə salına bilər

La Liqada turun bütün oyunları təxirə salına bilər
# 08 yanvar 2021 11:43 (UTC +04:00)

İspaniya La Liqasında XVIII turun bütün oyunları təxirə salına bilər.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, buna səbəb ölkədə hava şəraitinin əlverişsiz olmasıdır.

İspaniyada havanın kəskin soyuq keçməsi və güclü qarın yağması əksər stadionları yararsız hala salıb. Üstəlik, sabah havanın daha da pisləşəcəyi proqnozlaşdırılır. Bu isə komandaların səfər oyunu üçün uçuşlarına problem yaradır. Bütün bunları nəzərə alan La Liqa rəhbərliyi həm bir neçə matçın, həm də ümumilikdə turun təxirə salınması variantını müzakirə edir.

Qeyd edək ki, hazırkı təqvimə əsasən XVIII turun matçları 8-11 yanvar aralığında keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR