“Legiya” “Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaq

“Legiya” “Qarabağ”la oyuna yeni məşqçi ilə çıxacaq
# 28 sentyabr 2020 09:07 (UTC +04:00)

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Polşa təmsilçisi “Legiya”da yeni təyinat reallaşıb.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl baş məşqçi postuna gətirilən Çesnav Mixneviçin köməkçilərindən birinin adı açıqlanıb.

Bu, 37 yaşlı Przemislav Maleçkidir. “Lex”in əvəzedici komandasının köməkçi-məşqçisi kimi fəaliyyət göstərmiş Maleçki bundan sonra Varşava klubunun əsas komandasında eyni funksiyanı icra edəcək. Onun yeni komandasında ilk işi məhz “Qarabağ”la matç olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Polşada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR