"Legiya"nın futbolçusu: “Qarabağ”a qarşı mövsümün oyununa çıxacağıq”

"Legiya"nın futbolçusu: “Qarabağ”a qarşı mövsümün oyununa çıxacağıq”
# 25 sentyabr 2020 09:42 (UTC +04:00)

“Əsas odur ki, növbəti mərhələyə adlamaq hədəfimizə çatdıq. İndi yenilənməyə və növbəti matça hazırlaşmağa vaxtımız var”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun hücumçusu Pavel Vşolek Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo – 2:0) ilə oyunu dəyərləndirərkən deyib.

Varşava təmsilçisinin rəsmi saytına danışan 28 yaşlı forvard sevincli olduqlarını söyləyib. “Sampdoriya”, “Verona”, “Kuinz Park Reyncers” kimi klublarda çıxış etmiş Polşa millisinin sabiq üzvü pley-off mərhələsində “Qarabağ”la keçiriləcək görüşə də münasibət bildirib: “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.

Qeyd edək ki, bir oyundan ibarət pley-off mərhələsində “Legiya” ilə “Qarabağ” oktyabrın 1-də Polşada üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR