"Leypsiq"in baş məşqçisi Çempionlar Liqası tarixinə düşüb

"Leypsiq"in baş məşqçisi Çempionlar Liqası tarixinə düşüb
  • Clock-gray 00:41
  • calendar-gray 20 Fevral 2020

"Leypsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, buna komandasını 1/8 final mərhələsində meydana çıxarmaqla nail olub.

"Tottenhem"lə qarşılaşmada "Leypsiq"in "sükanı arxası"nda olan Naqelsmann 32 yaş 211 günlə pley-off mərhələsində klub çalışdıran ən gənc mütəxəssis ünvanına yiyələnib. Almaniyalıya qədər rekord "Şalke"nin sabiq çalışdırıcısı Domeniko Tedeskoya məxsus idi. İtalyan 2018-19 mövsümündə "Şalke"ni Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti"yə qarşı meydana çıxaranda 33 yaş 161 günlüyündə olub.

Qeyd edək ki, hazırda birinci hissəsi gedən "Tottenhem" - "Leypsiq" oyununda hesab açılmayıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date