Libertadores kuboku dayandırılıb

Libertadores kuboku dayandırılıb
# 19 mart 2020 09:56 (UTC +04:00)

Koronavirus pandemiyası daha bir nüfuzlu turnirin təxirə salınmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Libertadaores kubokunun oyunları dayandırılıb.

Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) qitənin ən nüfuzlu klub turnirini dayandırmaq barədə qərar qəbul edib. Yarışın mayın 5-də bərpa edilməsi planlaşdırılıb.

Qeyd edək ki, dayandırılan turnirdə qrup mərhələsinin 2 turu arxada qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR