“Lion” Liqa1-in erkən bitməsindən şikayət edəcək

“Lion” Liqa1-in erkən bitməsindən şikayət edəcək
# 30 aprel 2020 22:40 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatdırılmasına qərar verilən Fransa Liqa1-in daha bir klubu bundan narazı qaldığını bəyan edib.

Apasport.az saytının məlumatına görə, bu qərarla Liqa1-dəki yerini itirdiyi üçün Fransa Futbol Federasiyası (FFF) və Peşəkar Futbol Liqasını (LFP) məhkəmə ilə hədələyən “Tuluza”nın ardınca “Lion”da etirazını səsləndirib.

Son turnir cədvəlində 7-ci olduğu üçün avrokuboklara düşə bilməyən lionlular Liqa1-in erkən bitməyə məcbur olmadığını iddia edir. Klub rəhbərliyi yarışı avqustda pley-off formatı ilə bitirməyi məqsədəuyğun sayır.

“Lion” yaydığı bəyanatda qərardan şikayət edəcəklərini bildirib: “Liqa1 ilə bağlı bugünkü qərarı nəzərə alaraq “Lion” bundan şikayət etmək hüququnu və komandaya dəyəcək ziyanın ödənməsini tələb etmək hüququna saxlayır. Kluba dəyən ziyan onlarla milyon avro ilə ölçülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR