Lionel Messi: “Dieqo əbədidir”

Lionel Messi: “Dieqo əbədidir”
# 25 noyabr 2020 22:52 (UTC +04:00)

“Bu gün bütün argentinalılar və futbol üçün çox kədərli gündür”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Argentina millisinin və İspaniya “Barselona”sının ulduzu Lionel Messiyə məxsusdur.

O, həmyerlisi, futbol əfsanəsi Dieqo Maradonanın 60 yaşında vəfat etməsinə münasibət bildirib: “O getdi, amma bizimlə qalacaq. Çünki Dieqo əbədidir. Mən həmişə onunla birgə yaşadığım gözəl anları xatırlayacağam. Onun ailəsinə, dostlarına başsağlığı verirəm. Rahat yat”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR