Lionel Messi “Dinamo” ilə oyuna aparılmır

Lionel Messi “Dinamo” ilə oyuna aparılmır
# 23 noyabr 2020 16:31 (UTC +04:00)

Çempionlar Liqasının IV turunda Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Barselona” Ukraynaya yollanacaq heyəti açıqlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Ronald Kuman əsas heyət üzvlərindən bir neçəsini iştirak ərizəsinə salmayıb.

Niderlandlı mütəxəssisin İspaniyada saxladığı oyunçular arasında kapitan Lionel Messinin olması xüsusi diqqət çəkib. Argentinalı ulduz futbolçu ilə yanaşı, Jerar Pike, Serxio Buskets, Serxi Roberto, Frenki de Yonq, Ansu Fati və Samuel Umtiti də müxtəlif səbəblərdən “Dinamo” ilə görüşü buraxacaqlar.

Qeyd edək ki, “Dinamo” – “Barselona” oyunu noyabrın 24-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR