Lionel Messi mövsümdə ilk dəfə oyun epizodunda qol vurub

Lionel Messi mövsümdə ilk dəfə oyun epizodunda qol vurub
  • Clock-gray 22:46
  • calendar-gray 07 Noyabr 2020

 

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi cari mövsümdə ilk dəfə oyun epizodunda qol vurub.

Apasport.az saytının məlumatına görə, bu, La Liqanın “Betis”lə qarşılaşmasında reallaşıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan argentinalı sonradan meydana daxil olub. 61-ci dəqiqədə penaltidən fərqlənən futbolçu 21 dəqiqə sonra dublunu rəsmiləşdirib.

Cari mövsüm vurduğu ilk 6 qolu penaltidən reallaşdıran hücumçu 5 dəfə “Barselona”, 1 dəfə Argentina yığmasında fərqlənmişdi. “Betis”lə görüşdəki ikinci top Messinin oyundan vurduğu ilk qol olub. O, bu həsrətə 12-ci matçda son qoyub.

Qeyd edək ki, “Barselona” “Betis”ə 5:2 hesabı ilə qalib gəlib.

 

 

ApaSport

Digər xəbərlər