“Liverpul” Adam Lallana ilə vidalaşacaq

“Liverpul”  Adam Lallana ilə vidalaşacaq
# 08 iyul 2020 13:41 (UTC +04:00)

İngiltərə çempionu adını qazanan “Liverpul”u tərk edəcək futbolçulardan biri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, mersisaydlılar yarımmüdafiəçi Adam Lallana ilə yollarını ayıracaq.

Bunu baş məşqçi Yurgen Klopp açıqlayıb: “Düşünürəm ki, Adamın klubu tərk edəcəyini hamı başa düşür. Mən artıq onun üçün darıxıram. Baxmayaraq ki, hələ buradadır. Lallana möhtəşəm futbolçudur. Amma hələlik bizə onun köməyi lazım deyil. O, artıq burda əfsanədir. İndi başqa haradasa əfsanə ola bilər”.

Qeyd edək ki, 2014-cü ildən “Liverpul”da oynamış Lallananın “Lester”ə keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR