“Liverpul” İngiltərədə iki rekordu təkrarlayıb

“Liverpul” İngiltərədə iki rekordu təkrarlayıb
# 25 fevral 2020 09:25 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu tarixi göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri XXVII turda “Vest Hem”ə 3:2 hesabı ilə qalib gələrək cari mövsümdəki qələbə seriyasını 18 oyuna çatdırıb.

Bununla da mersisaydlılar İngiltərənin ən güclü dörd liqası üçün rekord olan göstəricini təkrarlayıb. “Mançester Siti”nin 2017-ci ildəki 18 qələbədən ibarət seriyası artıq növbəti tur kölgədə də qala bilər. Bunun üçün “Uotford” üzərində növbəti turdakı qələbə kifayət edəcək.

“Liverpul” həm də çempionatda ardıcıl 21-ci ev oyununda qələbə qazanıb. Kloppun komandası ölkə çempionatları tarixinin bu rekordunu da təkrarlayıb. Mersisaydlıların özünə məxsus olan rekord 1972-ci ildə qeydə alınıb. Növbəti ev matçında “Bornmut”la görüşəcək lider artıq həmin görüşdə mütləq rekordçu da ola bilər.

Liverpulun eyniadlı təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında rekorda yaxınlaşıb. 44 maçdır uduzmayan komandanı “Arsenal”ın 2003-2004-cü illərdəki rekordundan 5 oyun ayırır.

Kloppun komandası 27 turdan sonra xal hesabını 79-a çatdırıb. 1989/90 mövsümündəki uğurdan sonra çempionluğa həsrət qalan “Liverpul” qızıl medalı təmin etmək üçün daha 4 qələbə qazanmalıdır. “Uotford” (səfərdə), “Bornmut” (evdə), “Everton” (səfərdə) və “Kristal Pelas” (evdə) üzərində qələbələr mersisaydlılara çempionluq gətirəcək. Lakin 22 xal geridə qalan “Mançester Siti”nin büdrəməsi ilə qızıl medalların sahibi daha tez müəyyənləşə də bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR