“Liverpul” qapıçısını yenidən itirib

“Liverpul” qapıçısını yenidən itirib
# 02 dekabr 2020 17:51 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beker yenidən zədələnib.

Apasport.az saytının məlumatına görə, bunu “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis aparıcı qolkiperin Çempionlar Liqasının qrup mərhələsində Niderland “Ayaks”ı (1:0) ilə matçda iştirak etməməsini məşqdə zədələnməsi ilə əlaqələndirib. Klopp bildirib ki, Braziliya millisinin üzvü təxminən 2 həftə kollektivdən uzaq qalacaq.

Qeyd edək ki, “Liverpul”a 2018-ci ildə keçən Alisson Beker son vaxtlar tez-tez zədələndiyi üçün komandanın müxtəlif matçlarını buraxmalı olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR