Loris Karius Almaniya klubuna keçir

Loris Karius Almaniya klubuna keçir
# 05 may 2020 11:07 (UTC +04:00)

“Beşiktaş”la yollarını ayıran Loris Kariusun yeni klubunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, almaniyalı qapıçı ölkəsində çıxış edəcək.

Müqavilə ilə “Liverpul”a məxsus olan və son iki ili icarə əsasında “Beşiktaş”da keçirən 27 yaşlı qolkiper “Herta” ilə anlaşıb. Tərəflər arasında ilkin razılıq olsa da, Karius koronavirus pandemiyası ilə əlaqədar Türkiyəni tərk edə bilmir. Onun Berlin təmsilçisi ilə müqavilə detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Loris Karius yanvardan maaş almadığı üçün FİFA-ya şikayət etmiş və müqaviləsini ləğv etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR