Luis Enrike liftdə qaldığından Kosovo ilə oyuna gecikib

 Luis Enrike liftdə qaldığından Kosovo ilə oyuna gecikib
# 01 aprel 2021 15:25 (UTC +04:00)

İspaniya millisinin baş məşqçisi Luis Enrike xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hadisə DÇ-2022-nin seçmə mərhələsinin Kosovo ilə dünənki oyunundan əvvəl baş verib.

Çalışdırıcı və köməkçilərindən bir neçəsi matçın keçiriləcəyi stadiona gedərkən məskunlaşdıqları hotelin liftində qalıb. Onun liftdən çıxarılmasına təxminən 1 saat vaxt lazım olub.

Həmin müddət ərzində komandanı aparan avtobus da yola düşüb. Nəticədə Enrike və yanındakılar qarşılaşmaya gecikiblər.

Qeyd edək ki, İspaniya III turun matçında Kosovonu 3:1 hesabı ilə məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR