Lukaku qol sayında Ronaldonu keçib

Lukaku qol sayında Ronaldonu keçib
# 06 aprel 2021 09:19 (UTC +04:00)

İtaliya “İnter”inin futbolçusu Romelu Lukaku klubun heyətində 60-cı qolu vurub.

Apasport.az saytının məlumatına görə, belçikalı forvard A seriyasının “Bolonya” lə matçında (1:0) fərqlənib.

Lukaku 60 qolu 66 oyunda vurub. O, bununla da braziliyalı Ronaldonu arxada qoyub. “Yekədiş” “İnter”də 99 matçda 59 qola imza atıb.

Qeyd edək ki, Romelu 2019-cu ildə “Mançester Yunayted”dən 73 milyon funt sterlinqə transfer olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR