Lukaş Podolski hokkey komandasında oynayacaq

Lukaş Podolski hokkey komandasında oynayacaq
# 19 noyabr 2020 12:17 (UTC +04:00)

Almaniya millisinin heyətində dünya çempionu olan Lukaş Podolski “Köln Haye” klubunda hokkey oynayacaq.

Apasport.az saytının məlumatına görə, Türkiyə “Antalyaspor”unda çıxış edən hücumçunun buz üstə çıxmasının detalları hələ dəqiqləşməyib.

Bir müddət əvvəl 35 yaşlı forvard şərt qoyub ki, Köln təmsilçisi 100 min virtual rəmzi bilet satılsa, klubun oyunçusu olacaq. Hokkey komandası da azarkeşsiz keçirilən çempionat oyunlarına 100 min bilet satmağı bacarıb.

Lukaş bunu sevinclə qarşılayıb: “Çox şadam ki, 100 min bilet satılıb. Bu kampaniyada iştirak edənlərə minnətdaram. Hər şey qaydasına düşəndən sonra klub rəhbərliyi ilə detalları müzakirə edərik. Klubun üzvü olmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, maliyyə çətinlikləri ilə üzləşən “Köln Haye” virtual bilet satışı ilə durumunu düzəltməyə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR