Mahir Emreli “Qarabağ”ın bombardirləri siyahısında 5-ci yerə yüksəlib

Mahir Emreli “Qarabağ”ın bombardirləri siyahısında 5-ci yerə yüksəlib
# 17 fevral 2020 10:12 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Apasport.az saytının məlumatına görə, bu, XVII turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib.

Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib. Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib. O, Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. Milli üzvü eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.

Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir. Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb.

Qeyd edək ki, Mahir Emreli ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.

Mövsüm

klub

oyun

qol

2014/15

Bakı

16

0

2015/16

Qarabağ

16

7

2016/17

Qarabağ

21

3

2017/18

Qarabağ

24

8

2018/19

Qarabağ

26

16

2019/20

Qarabağ

14

6

Cəmi

117

40

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR