"Makkabi" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Makkabi" - "Qarabağ" matçının hakimləri açıqlanıb
# 20 oktyabr 2020 12:07 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA İsraildəki qarşılaşmanı Şotlandiyadan olan referilərə tapşırıb.

Qarşılaşmada Con Biton ədalət təmsilçisi olacaq. Ona Frensis Konnor və Daniel Makfarlan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Euan Anderson yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı hakim-inspektor Milan Karadziç qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR