Malayziya şahzadəsi “Valensiya”nı almaq istəyir

Malayziya şahzadəsi “Valensiya”nı almaq istəyir
# 19 mart 2021 10:29 (UTC +04:00)

İspaniyanın “Valensiya” klubu sahibini dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Malayziyadakı Cohora sultanlığının şahzadəsi Tunku İsmail La Liqa təmsilçisini almaq niyyətindədir.

Onun özü də bu arzusunu təsdiqləyib: “Bəli, mən səhmlərin bir hissəsinin alınması ilə bağlı “Valensiya” rəhbərliyi ilə danışmışam. Amma həlli zəruri olan bir sıra problemlər üzündən danışıqlar dayandırılıb”.

Qeyd edək ki, klubun indiki sahibi Piter Lim borclara görə məhdudiyyətlər üzündən səhmlərin 51 faizindən artığını sata bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR