Maliyyə çətinlikləri səbəbindən Kriştiano Ronaldo transferə çıxarılır

Maliyyə çətinlikləri səbəbindən Kriştiano Ronaldo transferə çıxarılır
# 09 noyabr 2020 12:56 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu transferə çıxaracaq.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, buna səbəb Turin təmsilçisinin üzləşdiyi maliyyə çətinlikləridir.

Koronavirus pandemiyası üzündən ciddi maddi itkilərlə üzləşən A seriyası təmsilçisi Ronaldonun maaşını verməkdə çətinlik çəkir. İldə 31 milyon avro qazanan portuqaliyalının gedişi klubdakı maliyyə durumunu nisbətən sabitləşdirməlidir.

Qeyd edək ki, Kriştianonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR