“Mançester Siti” Kevin De Bruyne ilə müqaviləsini yeniləyib

“Mançester Siti” Kevin De Bruyne ilə müqaviləsini yeniləyib
# 07 aprel 2021 13:07 (UTC +04:00)

“Mançester Siti” yarımmüdafiəçisi Kevin De Bruyne ilə müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, belçikalı ulduz futbolçunun müqavilə müddəti iki illik uzadılıb. Yeni sazişə əsasən 30 yaşlı oyunçu 2025-ci ilə qədər “şəhərlilər”ə məxsus olacaq.

Qeyd edək ki, “Mançester Siti”yə 2015-ci ildə “Volfsburq”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR