"Mançester Siti" "Liverpul"a çempionluq dəhlizi quracaq

"Mançester Siti" "Liverpul"a çempionluq dəhlizi quracaq
# 13 iyun 2020 13:53 (UTC +04:00)

"Mançester Siti" Premyer Liqanın lideri "Liverpul" üçün çempionluq dəhlizi qurmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, bunun üçün "qırmızılar" əsas rəqibləri ilə qarşılaşmaya qədər qızıl medalları təmin etməlidir.

29 turdan sonra rəqibini 25 xal qabaqlayan "Liverpul" Premyer Liqanın bərpasından sonra ardıcıl olaraq "Everton" (21 iyun) və "Kristal Pelas"la (24 iyun) matçlardan qalib ayrılsa, çempionluğunu rəsmiləşdirəcək. Bu baş verərsə, iyulun 2-də keçiriləcək "Mançester Siti" - "Liverpul" qarşılaşmasından öncə meydan sahibləri rəqibi çempionluq dəhlizi quraraq qarşılayacaq.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan Premyer Liqa iyunun 17-də bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR