“Mançester Siti” Pep Qvardiola ilə yeni müqaviləni bağlayıb

 “Mançester Siti” Pep Qvardiola ilə yeni müqaviləni bağlayıb
# 19 noyabr 2020 16:39 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə bağlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin bir müddət əvvəl mütəxəssisə təqdim etdiyi şərtləri ailəsi ilə müzakirə edən ispaniyalı çalışdırıcı anlaşmanı imzalamağa razılıq verib.

Qvardiola mövsümün sonuna qədər olan müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb. Mançester klubunda 5-ci mövsümünü keçirən Qvardiola 2 dəfə ölkə çempionu, 1 dəfə kubokun, 3 dəfə Liqa kubokun qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR