“Mançester Siti” derbidə qələbə ilə finala yüksəlib

“Mançester Siti” derbidə qələbə ilə finala yüksəlib
  • Clock-gray 01:36
  • calendar-gray 07 Yanvar 2021

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə Mançester derbisi baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada “Mançester Siti”ni qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub. 2 qol vuran qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl “Brentford”u 2:0 hesabı ilə məğlub edən “Tottenhem”in finalda rəqibi bəlli olub. London təmsilçisi aprelin 25-də “Uembli”də keçiriləcək həlledici matçda “Mançester Siti” ilə görüşəcək.

İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar
“Mançester Yunayted” – “Mançester Siti” – 0:2

Stounz, 50, Fernandinyo, 83

ApaSport

Digər xəbərlər