“Mançester Siti” klubu tarixinin rekorduna imza atıb

“Mançester Siti” klubu tarixinin rekorduna imza atıb
# 30 yanvar 2021 21:40 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” klubu tarixinin rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” tarixində ilk dəfə çempionatda ardıcıl 12 matçda qələbə qazanıb.

Pep Qvardiolanın yetirmələri bu rekordu XXI turda “Şeffild Yunayted”i məğlub etməklə rəsmiləşdirib – 1:0. Ardıcıl 12 qələbə qazanan komanda bu qarşılaşmalarda 31 top vurub və 3-nü buraxıb.

141 illik tarixə malik komanda indiyədək belə seriyaya imza atmamışdı. Növbəti turda mançesterlilər “Bernli” ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR