“Mançester Siti”də Qvardiaolanı əvəzləməyə əsas namizəd bəlli olub

“Mançester Siti”də Qvardiaolanı əvəzləməyə əsas namizəd bəlli olub
# 30 mart 2020 00:44 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” klubu baş məşqçi Pep Qvardolanı əvəzləyəcək mütəxəssis axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcının klubdan ayrılmaq ehtimalını nəzərə alan “şəhərlilər” 6 nəfərdən ibarət namizədlər siyahısı müəyyənləşdirib.

Siyahıya Fransa millisinin sabiq futbolçusu Patrik Vieyra başçılıq edir. Hazırda vətənində “Nitsa”nı çalışdıran mütəxəssis mançesterlilərin əsas namizədi sayılır.

Qeyd edək ki, Qvardiola İtaliya “Yuventus”unun maraq dairəsindədir. Turinlilər onu Maurisio Sarrinin əvəzinə baş məşqçi təyin etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR