“Mançester Siti”də koronavirusa daha üç yoluxma qeydə alınıb

“Mançester Siti”də koronavirusa daha üç yoluxma qeydə alınıb
  • Clock-gray 15:49
  • calendar-gray 06 Yanvar 2021

İngiltərənin “Mançester Siti” klubunda koronavirusa daha üç yoluxma qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Skott Karson, Koul Palmer və klub əməkdaşlarından birinin koronavirus testi müsbət nəticələnib. Onlar 10 günlük karantinə alınıb.

Ötən il dekabrın 29-da “Mançester Siti”də 7 yoluxma qeydə alınmışdı. Testi müsbət nəticə verənlər futbolçular Qabriel Jezus, Kayl Uoker, adı açıqlanmayan üç oyunçu və iki əməkdaş olub. Premyer Liqanın XVI turunun “Everton”la matçı təxirə salınıb. Yanvarın 3-də növbəti yoluxma halı yaşanıb. Müdafiəçi Erik Qarsiya və klubun bir əməkdaşı müsbət test verib.

ApaSport

Digər xəbərlər