“Mançester Siti”nin qələbə seriyası qırılıb

“Mançester Siti”nin qələbə seriyası qırılıb
# 07 mart 2021 22:23 (UTC +04:00)

“Mançester Siti”nin qələbə seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, ümumilikdə 21, İngiltərə Premyer Liqasında 15 qələbəni sıralayan Pep Qvardiolanın yetirmələri XXVII turda büdrəyib.

Çempionatın lideri ən yaxın izləyicisi “Mançester Yunayted”lə görüşdə 0:2 hesabı ilə uduzub. “Etihad” stadionundakı Mançester derbisində hesabı Brunu Fernandes açıb. O, 2-ci dəqiqədə penaltidən yararlanıb.

Ole-Qunnar Sulşerin yetirmələri fasilədən sonra fərqi artırmağa müvəffəq olub. Lük Şou 50-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Mançester Siti” 28 oyundan sonra 65 xalla turnir cədvəlinin lideridir. “Mançester Yunayted” həmşəhərlilərindən 11 xal geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR