“Mançester Siti”nin qələbə seriyası qırılıb

“Mançester Siti”nin qələbə seriyası qırılıb
# 10 aprel 2021 18:59 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XXXI turunda “Lids”lə qarşılaşan “Mançester Siti” 1:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bununla “şəhərlilər”in ardıcıl 6 matçlıq qələbə seriyasına son qoyulub.

Bu yenilgiyə baxmayaraq, Pep Qvardiolanın yetirmələri çempionluğa son yaxındır. Bunun reallaşması üçün mançesterlilərə son 6 matçda cəmi 11 xal toplamaq kifayətdir. Komanda bunu bacararsa, rəqiblərin nəticələrindən asılı olmayaraq, mövsümü çempion kimi tamamlayacaq və 7-ci dəfə qızıl medallara yiyələnəcək.

“Mançester Siti” hazırda ən yaxın izləyicisi “Mançester Yunayted”i 14 xal qabaqlayır. Ancaq ikincilərin ehtiyatında hələ iki görüş var.

Qeyd edək ki, “Mançester Siti” son oyunlarını “Aston Villa”, “Kristal Pelas”, “Çelsi”, “Nyukasl”, “Brayton” və “Everton”a qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR