"Mançester Siti"nin sahibi daha bir klub alır

"Mançester Siti"nin sahibi daha bir klub alır
# 09 may 2020 10:14 (UTC +04:00)

"Mançester Siti"nin sahibi olan "City Football Group" rəhbərliyi yeni klub almağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, holdinq bu dəfə Belçika təmsilçisi "Lommel"ə elçi düşüb.

Bir neçə kluba sponsorluq edən "City Football Group" Belçikanın ikinci liqa təmsilçisinin də səhmlərini almaqda maraqlıdır. Koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatdırılan liqada "Lommel" 6-cı yeri tutub. Klubun 2 milyon avro borcu var.

Qeyd edək ki, "City Football Group" "Mançester Siti"dən başqa MLS klubu "Nyu York Siti" və Avstraliya təmsilçisi "Melburn Siti"nin sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR