“Mançester Yunayted” 17 yaşlı futbolçu ilə müqavilə bağlayıb

“Mançester Yunayted” 17 yaşlı futbolçu ilə müqavilə bağlayıb
# 08 fevral 2021 23:19 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu gənc futbolçusu Şola Şoretire ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Səkkiz ildir “qırmızı şeytanlar”ın akademiyasında yetişən 17 yaşlı nigeriyalı ilk peşəkar müqaviləsinə qol çəkib. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinən sol cinah vingerin sözləşmə müddəti açıqlanmayıb.

Qeyd edək ki, Şola Şoretire cari mövsüm əvəzedici heyətdə 13 oyun keçirib, 5 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR