“Mançester Yunayted” 2 futbolçu ilə yollarını ayırır

“Mançester Yunayted” 2 futbolçu ilə yollarını ayırır
# 29 yanvar 2021 22:28 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun iki futbolçusu ilə yollarını ayıracağı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib.

O bildirib ki, müdafiəçi Markos Roxo və yarımmüdafiəçi Cessi Linqard komandadan ayrılacaq. Baş məşqçi hətta ikincinin “Vest Hem”ə icarəyə veriləcəyini də söyləyib. Roxo isə karyerasını ölkəsi Argentinanın “Boka Xuniors” klubunda davam etdirəcək.

Qeyd edək ki, cari mövsüm Linqard 3 oyunda iştirak edibsə, Roxo meydana çıxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR