"Mançester Yunayted" Meyson Qrinvudla yeni müqavilə imzalayıb

"Mançester Yunayted" Meyson Qrinvudla yeni müqavilə imzalayıb
# 16 fevral 2021 16:14 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Meyson Qrinvud uzun müddət komandada qalacaq.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumameyilli oyunçu “qırmızı şeytanlar”la yeni müqavilə imzalayıb.

İngiltərə millisinin üzvü 2023-cü ilin yayına qədər olan müqavilə müddətini daha 2 illik uzadıb. Bu isə o deməkdir ki, bir neçə klubun diqqət mərkəzində olan Qrinvud 2025-ci ilin yayına qədər Premyer Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Meyson Qrinvud 2018-ci ildən əsas komandada çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR