“Mançester Yunayted” azarkeşləri bazanın girişini bağlayıblar

“Mançester Yunayted” azarkeşləri bazanın girişini bağlayıblar
# 22 aprel 2021 14:28 (UTC +04:00)

“Mançester Yunayted” azarkeşləri uğursuz layihə olan Avropa Superliqasına qoşulduğu üçün rəhbərliyə etirazını fərqli formada edib.

Apasport.az saytının məlumatına görə, bir neçə fanat klubun bazasının hər iki girişini bağlayıb. Onlar bununla “qırmızı şeytanlar”ın səhmlərinə sahib olan qleyzerlər ailəsinə etirazını bildirib. Yalnız baş məşqçi Ole Qunnar Sulşer və onun köməkçiləri ilə söhbət etdikdən sonra azarkeşlər oranı tərk ediblər.

Qeyd edək ki, İngiltərənin digər klubu “Liverpul” azarkeşləri də etiraz kimi “Enfild Roud” stadionun qarşısına plakat asmışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR