“Mançester Yunayted” rekorda imza atıb

“Mançester Yunayted” rekorda imza atıb
# 10 iyul 2020 09:36 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Ole-Qunnar Sulşerin yetirmələri Premyer Liqada ardıcıl 4-cü böyükhesablı qələbəsini qazanıb.

Mançesterlilər “Şeffild Yunayted” (3:0), “Brayton” (3:0) və “Bornmut”un (5:2) ardından “Aston Villa”nı da darmadağın edib – 3:0. Premyer Liqanın XXXIV turundakı qələbə ilə bu seriyasını 4-ə çatdıran Sulşerin komandası ilk müəllifi olub.

1992-ci ildən keçirilən Premyer Liqanın tarixində heç bir komanda ardıcıl 4 böyükhesablı qələbə qazanmayıb. “Mançester Yunayted” buna nail olan ilk komanda kimi tarixə düşüb.

Qeyd edək ki, Premyer Liqadan əvvəlki dövrdə İngiltərə çempionatında 4 böyükhesbalı qələbə qazanan son komanda “Liverpul” olub. Mersisaydlılar bu seriyaya 1987-ci ildə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR