“Mançester Yunayted” tarixi rekord vurub

“Mançester Yunayted” tarixi rekord vurub
# 26 dekabr 2020 23:30 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu tarixi rekord müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” Premyer Liqanın XV turunda “Lester”lə səfər görüşündə buna nail olub.

Rəqibi ilə 2:2 hesablı bərabərə qalan Ole Qunnar Sulşerin yetirmələri Premyer Liqanın ardıcıl 11 oyununda iki və daha çox qol vuraraq yeni rekorda imza atıb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 27 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR