“Mançester Yunayted” türkiyəli futbolçuya 5 illik müqavilə təklif edib

“Mançester Yunayted” türkiyəli futbolçuya 5 illik müqavilə təklif edib
# 28 oktyabr 2020 22:27 (UTC +04:00)

İtaliyanın “Milan” klubunun futbolçusu Hakan Çalhanoğlu İngiltərəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” Türkiyə millisinin üzvü ilə maraqlanır.

“Qırmızı şeytanlar” ulduz futbolçu ilə artıq təmasa keçib. Premyer Liqa təmsilçisi 26 yaşlı orta sahə oyunçusuna 5 illik müqavilə təklif edib. Çalhanoğlu razılıq versə, yanvarda rəsmi sözləşməyə qol çəkəcək və mövsümün sonunda azad agent statusu ilə “Mançester Yunayted”in formasını geyinəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu “Milan”a 2017-ci ilin yayında Almaniya klubu “Bayer”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR