“Mançester Yunayted”in borcu 429,1 milyon funt sterlinqə çatıb

“Mançester Yunayted”in borcu 429,1 milyon funt sterlinqə çatıb
# 21 may 2020 17:39 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu 2020-ci ilin birinci rübünün maliyyə hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun ümumi borcları 429,1 milyon funt sterlinqə çatıb.

Ötən rüblə müqayisədə bu rəqəm 127,4 milyon funt artıb. Borcların artımı 42 faiz təşkil edib.

Bu, gəlirlərin azalması ilə bağlıdır. Belə ki, teleyayımdan gələn qazanc 50 faiz azalaraq 26 milyona enib.

Ev matçlarının keçirilməməsi və bazarın ucuzlaşması da Mançester təmsilçisinə ciddi zərbə vurub. Funt sterlinqin dollara müqayisədəki kursunun oynaması da borcların yaranmasına təsir edib. Koronavirus pandemiyasının təsiri üzündən Premyer Liqa klubu daha 23 milyon ziyana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR