“Mançester Yunayted”lə “Tottenhem” İngiltərə Liqa kubokunda yarımfinala yüksəlib

 “Mançester Yunayted”lə “Tottenhem” İngiltərə Liqa kubokunda yarımfinala yüksəlib
# 24 dekabr 2020 01:58 (UTC +04:00)

İngiltərə Liqa kubokunda 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 matç keçirilib.

“Tottenhem” 4 qolun vurulduğu görüşdə “Stok Siti”ni məğlubiyyətə uğradıb. “Mançester Yunayted” isə “Everton”la səfər matçında qalib gəlib.

Qeyd edək ki, digər iki yarımfinalçı bir gün öndə müəyyənləşib. “Mançester Siti” “Arsenal”a 4:1, “Brentford” “Nyukasl”a 1:0 hesabı ilə qalib gəlib.

İngiltərə Liqa kuboku
1/4 final
23 dekabr
“Stok Siti” – “Tottenhem” – 1:3

Tompson, 53 – Beyl, 22, Devis, 70, Keyn, 81
“Everton” – “Mançester Yunayted” – 0:2
Kavani, 88, Martial, 90+6

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR