Maradona "Ximnasiya" ilə yeni müqavilə bağlayıb

Maradona "Ximnasiya" ilə yeni müqavilə bağlayıb
# 03 iyun 2020 22:17 (UTC +04:00)

Argentina klubu "Ximnasiya" baş məşqçi Dieqo Maradona ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Buenos Ayres təmsilçisi futbol əfsanəsini daha bir il komandanın sükanı arxasında saxlayıb.

60 yaşlı mütəxəssis klubla müqavilə müddətini 2021-ci ilin dekabrına qədər uzadıb. O, ötən ilin payızından komandanı çalışdırır.

Qeyd edək ki, Maradonanın rəhbərliyi altında "Ximnasiya" 7 qələbə, 8 məğlubiyyət, 5 heç-heçə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR