Marko Materatsi: "Komandada qalması üçün Ronaldonun qarşısında diz çökdüm"

Marko Materatsi: "Komandada qalması üçün Ronaldonun qarşısında diz çökdüm"
# 20 aprel 2020 14:36 (UTC +04:00)

"İnter"in sabiq müdafiəçisi Marko Materatsi əfsanəvi braziliyalı futbolçu Ronaldonun 2002-ci ildə "Real"a keçidini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin keçmiş üzvü "yekədiş"in "neradzurra"nı tərk etməsinə Ektor Kuperin səbəb olduğunu bildirib.

O, qalması üçün Ronaldoya yalvardığını da vurğulayıb: "Ronaldo zədədən qayıtdıqdan sonra "İnter"də qalmaq istəyirdi. Hətta 2002-ci ildə ayrılmaq fikrində deyildi. Amma sonra fikrini dəyişdi. Bir gün paltardəyişmə otağında qarşısında diz çökdüm və qalmağını xahiş etdim. Lakin onun cavabı belə oldu: "Ya mən, ya da Kuper". Ondan sonra ayrılacağını anladım".

Qeyd edək ki, 1997-2002-ci illərdə "İnter"in formasını geyinən Ronaldo 45 milyon avro qarşılığında "Real"a transfer olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR