Maurisio Poçettino koronavirusa yoluxub

Maurisio Poçettino koronavirusa yoluxub
# 15 yanvar 2021 23:02 (UTC +04:00)

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssisin testi pozitiv çıxıb. Təcrübəli mütəxəssis dərhal karantinə alınıb və müayinəsinə start verilib.

Qeyd edək ki, son günlər PSJ-də müdafiəçilər Kolen Daqba və Tilo Kerer də koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR