Maykl Essyen: "Azərbaycan mətbəxi çox dadlı, lakin yüksək kalorilidir"

Maykl Essyen: "Azərbaycan mətbəxi çox dadlı, lakin yüksək kalorilidir"
# 22 aprel 2020 14:50 (UTC +04:00)

"Dostlarımla Bakı haqda danışanda onlar hətta bu şəhərin harada yerləşdiyini bilmirlər".

Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in futbolçusu Maykl Essyen deyib.

Rusiyanın "Matc TV" kanalına danışan qanalı yarımmüdafiəçi Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. 38 yaşlı ulduz futbolçu ölkəmiz barədə müsbət fikirlər səsləndirib: "Heç kim məni Azərbaycan çempionatına getmək fikrindən daşındırmadı. Qohumlarım yanıma gəldikləri zaman buradan çox xoşları gəlir. Bakıda digər şəhərlərlə müqayisədə böyük avtomobil tıxacı yoxdur. Bu baxımdan müqayisə apara bilərəm. Bir il İndoneziyada çıxış etdim, orada nəqliyyatın vəziyyəti 20 dəfə pisdir. Azərbaycan mətbəxi çox dadlı, lakin yüksək kalorilidir".

Qeyd edək ki, Maykl Essyen ötən ilin martından bəri "Səbail"in formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR